İstifadәçi müqavilәsi

1.Ümumi müddәalar

1.1.Bu İstifadәçi müqavilәsi, bütün әlavәlәri (“Qaydalar”) dә daxil olmaqla, Saytın üzәrindә müstәsna haqqların hüquqi sahibi olan Rәhbәrlik ilә internet şәbәkәsinin istifadәçisi arasında Saytın istifadәsi zamanı yaranan münasibәtlәrini tәnzimlәyir.

1.2.Bu Qaydaların şәrtlәrini qәbul edәrәk, İstifadәçi, fәrdi mәlumatlarının bu Qaydaların tәrkib hissәsi olan Mәxfilik vә fәrdi mәlumatların emalı siyasәtinә әsasәn emal edilmәsinә razılıq verir.

1.3.Saytdan istifadә edәn İstifadәçi bu Qaydalarla müәyyәn edilәn bütün şәrtlәri, öhdәliklәri vә mәsuliyyәti şәrtsiz qәbul etmiş hesab olunur. İstifadәçi Saytda üçüncü şәxslәr tәrәfindәn yerlәşdirilmiş reklam mәlumatlarını almaq üçün razılıq verir, Rәhbәrliyin bu cür mәlumatın mәzmununu, o cümlәdәn dә müvafiq materiallarda keçidlәri ola bilәn saytları müәyyәn etmәdiyini vә bu mәlumata görә mәsuliyyәt daşımadığını anlayır vә qәbul edir.

1.4.Aşağıdakılar, bu Qaydaların şәrtlәrinin qәbul edildiyini tәsdiq edir:

1.4.1.İstifadәçinin Saytın imkanlarından faktiki istifadә etmәsi;

1.4.2.İstifadәçi tәrәfindәn Saytda qeydiyyat prosesinin başa çatdırılması anı;

1.4.3.Azәrbaycan Respublikasının mövcud qanunvericiliyinә vә/vә ya iş dövriyyәsinin ümumi qәbul edilmiş әnәnәlәrinә әsasәn şәrtlәrin qәbul edilmәsi kimi tәsdiq edilәn İstifadәçinin istәnilәn digәr hәrәkәtlәri.

1.5.Bu Qaydaların şәrtlәrinin qәbul edilmәsi bütün hallarda tam vә qeyd-şәrtsizdir.

1.6.Bu Qaydaların şәrtlәrini qәbul edәrәk, İstifadәçi:

1.6.1.18 yaşdan yuxarı fiziki şәxsdir; 

1.7.“Hәrrac” anlayışı bu Qaydalarda vә Saytın istәnilәn digәr bölümlәrindә yalnız rahatlıq üçün istifadә olunur vә heç bir halda Azәrbaycan Respublikasının mövcud qanunvericiliyinә әsasәn “müzaidә” vә ya “hәrrac” kimi anlaşıla bilmәz. Sayt hәrrac tәşkilatçısı vә ya iştirakçısı deyildir. Rәhbәrlik bu Qaydaları qәbul etmiş İstifadәçilәrә yalnız vasitәçi mәlumat xidmәtlәrini göstәrir. Rәhbәrlik hәmçinin Azәrbaycan Respublikasının qanunvericiliyinә әsasәn kütlәvi informasiya vasitәsi deyildir. .

1.8.Saytda hәr hansı bir formada (Lot vә ya Elan qismindә) tәqdim edilәn mәhsul vә xidmәtlәr üzrә sövdәlәşmәlәr İstifadәçilәr arasında Saytdan kәnarda bağlanır. Rәhbәrlik Sayt vasitәsilә İstifadәçilәr tәrәfindәn hәyata keçirilәn bu sövdәlәşmәlәrin iştirakçısı vә/vә ya vasitәçisi deyildir. Rәhbәrlik bu cür sövdәlәşmәlәrә nәzarәt etmir vә onlara görә mәsuliyyәt daşımır.

1.9.Bu Qaydaların bu vә ya digәr şәrtlәrinin aydın olmaması halında İstifadәçi onların qәbul edilmәsi anınadәk bu vә ya digәr şәrtlәri Rәhbәrliklә dәqiqlәşdirә bilәr.

1.10.Rәhbәrlik, bu Qaydalara (hәmçinin, Әlavәlәrinә) dәyişiklik etmәk hüququnu özündә saxlayır. Aşağıda göstәrilәnlәr, bu cür şәrtlәrlә tanış olma vә bu şәrtlәrin qәbul edilmәsini tәsdiq edir:

1.10.1.İstifadәçinin Sayta hәr sonrakı girişi (qeydiyyatdan sonra);

1.10.2.Bu dәyişikliklәrdәn sonra İstifadәçinin Saytın imkanlarından istifadә etmәsi;

1.10.3.Azәrbaycan Respublikasının mövcud qanunvericiliyinә vә/vә ya iş dövriyyәsinin ümumi qәbul edilmiş әnәnәlәrinә әsasәn dәyişikliklәrin qәbul edilmәsi kimi tәsdiq edilәn İstifadәçinin istәnilәn digәr hәrәkәtlәri.

1.11.Tәrәflәrә (İstifadәçi vә Rәhbәrlik) münasibәtdә tәtbiq edilә bilәn qanunvericilik qismindә yalnız Azәrbaycan Respublikasının qanunvericiliyi tәsdiq edilir.

1.12.Tәrәflәr (İstifadәçi vә Rәhbәrlik) arasında yarana bilәcәk mübahisәlәr Azәrbaycan Respublikasının mәhkәmәlәrinin müstәsna sәlahiyyәtinә aiddir.

2.Terminlәr/tәriflәr

2.1.Rәhbәrlik-vәzifәlәrinә başqa vәzifәlәrdәn başqa texniki problemlәrin hәlli, Saytın fәaliyyәtinin dәstәyi, Saytın işindәki xәtaların düzәldilmәsi, o cümlәdәn dә, Saytın İstifadәçisinin bu Qaydalara riayәt etmәsi üzrә nәzarәtin dә daxil olduğu “EUROASIAEXPORTANDIMPORT” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti. Rәhbәrlik, bu Qaydaları pozanlara qarşı şәxsi hesabının blok edilmәsinә qәdәr bu Qaydalarda nәzәrdә tutulan istәnilәn intizam tәdbirlәrini tәtbiq edә bilәr;

2.2.Sayt - www.harrac.az domen adına mәxsus çoxsәhifәli sәnәd kompleksi;

2.3.Lot – Saytda yerlәşdirilmiş, müәyyәn mәhsulu vә ya mәhsul qrupunu (әşya, әmtәә, xidmәt istisna olmaqla, istәnilәn digәr tәklif) satmaq niyyәti haqqında mәlumatın dәrc edilmәsi. Lotda Hәrrac Qalibinin әldә edәcәyi malın dәqiq tәsviri, qiymәti vә miqdarı göstәrilir;

2.4.Elan – Saytda dәrc edilmiş, mal vә ya xidmәt tәklifini ehtiva edәn mәlumat. Elan tәrkibindә әlaqә vә reklam mәlumatı ola bilәr;

2.5.İstifadәçi –Saytda şәxsi hesabı olan fiziki vә ya hüquqi şәxs. İstifadәçi hәrracda iştirak edә bilәr, Lotları almaq vә satmaq niyyәtini elan edә bilәr, vә bu Qaydaların şәrtlәri nәzәrә alınmaqla, Saytın digәr imkanlarından istifadә edә bilәr;

2.6.Satıcı – Saytda Lot şәklindә mal satmaq niyyәti haqqında mәlumat yerlәşdirәn İstifadәçi;

2.7.Alıcı – Mәhsulu almaq niyyәtini bildirәn vә Lot üzrә qiymәt tәklifi verәn İstifadәçi;

2.8.Hәrracın Qalibi – Lot üzrә hәrracın bitmәsi zamanı qiymәt tәklifi son vә әn yüksәk olan hәrrac iştirakçısı olan İstifadәçi;

2.9.Blitz-qiymәt – hәrracı vaxtından әvvәl bitirәn qiymәt tәklifi. Bu qiymәt tәklifini verәn İstifadәçi avtomatik olaraq Hәrracın Qalibi tәyin edilir. Blitz-qiymәtdәn yüksәk qiymәt tәklifini vermәk mümkün deyil;

2.10.Hәrrac – Saytın Lotların yerlәşdirilmәsi vә nәzәrdәn keçirilmәsi üçün nәzәrdә tutulmuş bölümü;

2.11.Moderator – Sayt İstifadәçilәrinin bu Qaydalara riayәt etmәsinә nәzarәt, İstifadәçilәrә Saytla iş üzrә yardım etmәsi üçün Rәhbәrlik tәrәfindәn sәlahiyyәtlәndirilmiş şәxs. Vәzifә öhdәliklәrinin yerinә yetirilmәsi üçün, Moderator: (i) bu Qaydaların pozulmasının qeyd edildiyi zaman (hәm tәsvirindә, hәm dә hәrracın keçirilmәsindә) Lotları hәrracdan çıxara bilәr. (ii) Lotları kataloqun daha münasib bölümlәrinә keçirә bilәr. (iii) İstifadәçilәrin Saytda kobud vә tәhqiredici mәtnlәri (tәsvirlәr, rәylәr, şәrhlәr, forumda mesajlar, suallar/cavablar, vә s) silә bilәr. (iv) Bu Qaydaları pozanlara qarşı şәxsi hesabının blok edilmәsinә qәdәr bu Qaydalarda nәzәrdә tutulmuş istәnilәn intizam tәdbirlәrini tәtbiq edә bilәr;

2.12.Klon – İstifadәçinin Saytda ikinci vә sonrakı şәxsi hesabları;

2.13.Әlaqә vә Kommersiya Mәlumatı – İstifadәçinin öz mülahizәsinә әsasәn açıqladığı telefon, dәqiq fiziki ünvan, satış mәntәqәsinin adı, tәşkilatın adı, faks, fәaliyyәt növü vә әmtәә növlәri üzrә mәlumat, mağaza vә satış nöqtәlәrinin iş qrafiki, lisenziyalar vә sertifikatlar haqqında mәlumat;

2.14.Reklam mәlumatı– müәyyәn Lot ilә bağlı olmayan mәtnlәr vә şәkillәr, parlaq obrazlar, uydurulmuş personajlar, vә Azәrbaycan Respublikasının qanunvericiliyi ilә icazә verilәn vә bir satış nöqtәsindә alış-verişә tәşviq edәn digәr reklam vasitәlәri. Reklam aksiyaları, endirimlәr, hәrraclar, әlavә tәdbirlәr haqqında Azәrbaycan Respublikasının qanunvericiliyinin tәlәblәri nәzәrә alınmaqla, bir ticari brendә vә ya ticarәt nöqtәsinә diqqәtin cәlb edilmәsinә istiqamәtlәnmiş mәlumatlar;

3.Rәhbәrliyin hüquqları

3.1.Rәhbәrlik aşağıdakı hüquqlara malikdir:

3.1.1.Mal vә xidmәtlәri satmaq niyyәti haqqında mәlumat da daxil olmaqla, İstifadәçilәrin istәnilәn mәlumatlarının bu Qaydalara vә Azәrbaycan Respublikasının mövcud qanunvericiliyә zidd olduğu halda, o cümlәdәn dә Rәhbәrliyin qәrarına әsasәn digәr hallarda bu cür mәlumatların yerlәşdirilmәsindәn imtina etmәk, yerini dәyişdirmәk, dayandırmaq, sonlandırmaq vә Saytdan silmәk;

3.1.2.Bu Qaydaların tәlәblәrini nәzәrә alaraq, İstifadәçilәrin tәqdim etdiyi istәnilәn mәlumatlardan istifadә etmәk vә mәlumatları idarә etmәk;göstәrilәn mәlumatın istifadәsi tәmәnnasız , müstәsna olmayan şәraitdә, qeyri-mәhdud müddәtdә hәyata keçirilir, vә әrazi mәhdudiyyәtinә malik deyil;

3.1.3.Rәhbәrliyin İstifadәçinin Azәrbaycan Respublikasının mövcud qanunvericiliyinә, bu Qaydalara, vicdan vә mәntiq prinsiplәrinә, ümumi qәbul edilmiş etik normalara zidd olan fәaliyyәt göstәrdiyini (fәaliyyәt/fәaliyyәtsizlik göstәrdiyini) әsaslı olaraq hesab etmәsi halında İstifadәçinin Saytda qeydiyyatını vә/vә ya Sayta girişini müvәqqәti dayandırmaq vә ya sonlandırmaq; bununla yanaşı, İstifadәçinin Sayta girişinin dayandırılmaması, mәhdudlaşdırılmamasıRәhbәrliyin tәqdiri, icazәsi (әlbir olması), Rәhbәrlik tәrәfindәn İstifadәçinin hәrәkәtlәrinin (fәaliyyәt vә ya fәaliyyәtsizliyinin) qanuniliyinin tәsdiq edilmәsini sübut etmir;İstifadәçinin hәrәkәtlәrinin (fәaliyyәt vә ya fәaliyyәtsizliyinin) vicdan vә mәntiq prinsiplәrinә, ümumi qәbul edilmiş etik normalara uyğunluğunun qiymәtlәndirilmәsi haqqı müstәsna olaraq Rәhbәrliyә aiddir;

3.1.4.öz mülahizәsinә әsasәn, Sayt tәrәfindәn tәqdim edilәn xidmәtlәr üzrә ödәniş mәblәğini vә ya onların tәqdim edilmәsinin digәr qaydalarını (şәrtlәrini) tәtbiq etmәk, lәğv etmәk vә ya dәyişdirmәk;

3.1.5.İstifadәçinin toplam reytinqi 3 mәnfi rәyә bәrabәr vә ya artıqdırsa, İstifadәçinin Sayta girişini mәhdudlaşdırmaq vә ya sonlandırmaq;

3.1.6.Xidmәtlәrin yüksәk keyfiyyәtinin tәmin edilmәsi mәqsәdilә çıxarılan Lotların miqdarına limit tәtbiq edilmәsi yolu ilә İstifadәçinin Saytda fәallığını mәhdudlaşdırmaq.

4.Tәrәflәrin mәsuliyyәti

4.1.Saytda tәqdim edilmiş bütün mallar İstifadәçilәrin mülkiyyәtidir, onlar tәrәfindәn müstәqil surәtdә, Rәhbәrliyin iştirakı olmadan elan edilmişdir.

4.2.İstifadәçi, Lotların vә Elanların elan edilmәsi dә daxil olmaqla, Saytda törәtdiyi hәrәkәtlәrә görә Azәrbaycan Respublikasının qanunvericiliyinә әsasәn müstәsna mәsuliyyәt daşıyır.

4.3.İstifadәçilәr, mәlumatların (Lotlar vә Elanlar) Saytda yerlәşdirilmәsi nәticәsindә İstifadәçilәr arasında hәyata keçirilәn sövdәlәşmәlәrә görә Azәrbaycan Respublikasının qanunvericiliyinә әsasәn müstәsna mәsuliyyәt daşıyır.

4.4.İstifadәçi, Sayt vasitәsilә vә Saytda tәqdim etdiyi mәlumatların hәqiqiliyi vә Azәrbaycan Respublikasının mövcud qanunvericiliyinә uyğunluğuna görә mәsuliyyәt daşıyır.

4.5.Bir-birinә münasibәtdә öhdәliklәrinin yerinә yetirilmәmәsi vә ya müvafiq qaydada yerinә yetirilmәmәsinә görә, İstifadәçilәr Azәrbaycan Respublikasının qanunvericiliyinә әsasәn müstәsna mәsuliyyәt daşıyır. İstifadәçilәr arasında sövdәlәşmәlәrin hәyata keçirilmәsi zamanı bütün fikir ayrılıqları Azәrbaycan Respublikasının qanunvericiliyi vә Azәrbaycan Respublikasının Mülki Mәcәllәsi ilә müәyyәn edilmiş qaydada, Rәhbәrlik cәlb edilmәdәn hәll edilir.

4.6.İstifadәçi, Saytın istifadәsi ilә әlaqәdar olaraq Azәrbaycan Respublikasının qanunvericiliyinin pozulmasına görә mәsuliyyәt daşıyır.

4.7.İstifadәçi, Azәrbaycan Respublikasının qanunvericiliyinә uyğun olmayan mәlumatın Saytda yerlәşdirilmәsi halları da daxil olmaqla, Saytdakı fәaliyyәti nәticәsindә Rәhbәrliyә dәyәn zәrәr, xәrclәr vә ödәmәlәrin, o cümlәdәn dә ödәnilәn cәrimә mәblәğlәrinin, dövlәt orqanları vә mәhkәmә tәrәfindәn tәtbiq edilmiş digәr maliyyә sanksiyaların әvәzinin ödәnilmәsini öz öhdәsinә götürür.

4.8.Istifadәçi aşağıda sadalanan malları reklam etmәmәyi öz öhdәsinә götürür: (i) ictimai dövriyyәdә olmasına Azәrbaycan Respublikasının qanunvericiliyi tәrәfindәn yol verilmәdiyi mallar;(ii) Azәrbaycan Respublikasının qanunvericiliyinә әsasәn reklam mәhdudiyyәtlәrinin vә ya qadağalarının olduğu mallar; (iii) reklam istehlakçısının әxlaqına, fiziki vә psixoloji vәziyyәtinә mәnfi tәsir göstәrәn, ona pis vәrdişlәr mәnimsәdәn, ictimai tәhlükәsizliyә, әtraf mühitә potensial tәhlükә kәsb edәn mallar vә fәaliyyәtlәr.

5.Mәsuliyyәtin mәhdudlaşdırılması

5.1.Rәhbәrlik aşağıdakılara görә mәsuliyyәt daşımır:

5.1.1.Saytın İstifadәçilәri tәrәfindәn sövdәlәşmәlәrin hәyata keçirilmәsi (yerinә yetirilmәsi) vә sövdәlәşmәlәrin hәyata keçirilmәsi nәticәsindә, o cümlәdәn dә hәr hansı İstifadәçinin qeyri-qanuni fәaliyyәtlәri nәticәsindә dәymiş zәrәr, itirilmiş mәnfәәt, gәlir, maliyyә zәrәrlәri vә ya faktiki, әlavә vә ya cәrimә zәrәrlәrinә görә;

5.1.2.Sayt İstifadәçisi tәrәfindәn sövdәlәşmәlәrin hәyata keçirilmәmәsi (yerinә yetirilmәmәsi), vә sövdәlәşmәlәrin hәyata keçirilmәmәsi (yerinә yetirilmәmәsi) nәticәsindә o cümlәdәn dә hәr hansı İstifadәçinin qeyri-qanuni fәaliyyәtlәri nәticәsindә dәymiş zәrәr, itirilmiş mәnfәәt, gәlir, maliyyә zәrәrlәri vә ya faktiki, әlavә vә ya cәrimә zәrәrlәrinә görә;

5.1.3.Saytın işinin pozulması vә ya proqram xәtaları sәbәbindәn, o cümlәdәn dә üçüncü şәxslәrin hәrәkәtlәri vә fors-major hallar nәticәsindә Hәrrac prosesinin pozulmasına görә; avadanlığın vә proqram tәminatının işindәki texniki fasilәlәr nәticәsindә Saytın xidmәt göstәrilmәsindәki fasilәlәrә görә. Bununla yanaşı, Rәhbәrlik bu cür fasilәlәrin qarşısının alınması üçün bütün mәqbul tәdbirlәrin görülmәsini öz öhdәsinә götürür;

5.1.4.İstifadәçilәr tәrәfindәn Saytda istәnilәn şәkildә yerlәşdirilmiş mәlumatın Azәrbaycan Respublikasının qanunvericiliyinә uyğunluğuna görә;

5.1.5.İstifadәçilәr tәrәfindәn Saytın istifadәsi nәticәsindә hәyata keçirilә bilәcәk sövdәlәşmәlәrin mal vә xidmәtlәrinin istehlak xüsusiyyәtlәri vә keyfiyyәtinә görә;

5.1.6.Lotların elan edilmәsinin qanuniliyinә görә (xüsusilә, İstifadәçinin bu Mәhsulun özgәninkilәşdirilmәsi vә ya onunla başqa sövdәlәşmәlәrinin hәyata keçirilmәsi üzrә haqqlarının olmasına görә);

5.1.7.İstifadәçilәr tәrәfindәn Saytda yerlәşdirilәn mәlumatın hәqiqiliyinә vә onun yerlәşdirilmәsinin qanuniliyinә görә;

5.1.8.Saytdan istifadә nәticәsindә istәnilәn mümkün formada (o cümlәdәn, hәr hansı bir şәxsә fiziki, mәnәvi vә ya maddi zәrәr) verilәn zәrәrә (ziyan) görә;

5.1.9.Saytda ola bilәcәk xarici resurslara keçidlәrin istifadәsi vә bu keçidlәrә keçmәsinә görә;

5.1.10.İstifadәçilәrin Saytda yerlәşdirdiyi mәlumatların vә digәr resurslara keçidlәrin mәzmununa görә, vә Lot vә Elanların tәsvirindә göstәrilәn digәr mәlumatlara görә;

5.1.11.İstifadәçilәrin istәnilәn mәlumatların vә verilәnlәrin tәqdim etmәsi ilә bağlı әqli mülkiyyәt hüquqları da daxil olmaqla, üçüncü şәxslәrin hüquqlarının pozulmasına görә;

5.1.12.İstifadәçilәr vә/vә ya avtomatlaşdırılmış sistemlәr tәrәfindәn Saytda mәlumatların göndәrilmәsinә görә;

5.2.Rәhbәrlik, İstifadәçilәrin Saytda tәqdim etdiklәri mәlumatın hәqiqiliyini yoxlamaq imkanına malik deyil, bunun nәticәsindә, Lotların keyfiyyәti, tәhlükәsizliyi, qanuniliyi vә tәsvirlәrinә uyğunluğu Rәhbәrliyin nәzarәti altında deyil.

6.Mәxfilik

6.1.Azәrbaycan Respublikasının qüvvәdә olan qanunvericiliyi ilә müәyyәn edilmiş vә hәmçinin İstifadәçi, mәlumatlarının istifadәsi vә açıqlanmasına icazә verdiyi hallar istisna olmaqla, Rәhbәrlik, qeydiyyat vә rekvizitlәrinin redaktәsi zamanı İstifadәçilәrdәn alınmış mәlumatın mәxfiliyinin saxlanılmasını vә üçüncü şәxslәrә açıqlanmamasını öhdәsinә götürür.

6.2.Bu Qaydaların 6.1 maddәsindә izah edilmiş Rәhbәrliyin Öhdәliklәri aşağıdakılara şamil edilmir:

6.2.1.İstifadәçinin lәqәbi haqqında mәlumata;

6.2.2.Sövdәlәşmәlәrin icrası üzrә danışıqların hәyata keçirilmәsi nәticәsinә İstifadәçilәrin öz mülahizәlәrinә görә digәr İstifadәçilәrә açıqladığı mәlumatlara;

6.2.3.İstifadәçilәrin öz mülahizәlәrinә görә potensial kontragentlәri üçün Saytda qeydiyyat formasının vә ya rekvizitlәrin redaktәsi formasının müvafiq sahәsinә vә ya Saytın digәr bölümlәrinә xüsusilә yerlәşdirdiklәri mәlumata;

6.2.4.İstifadәçilәrin öz mülahizәlәrinә görә, istәdiklәri hәcmdә vә dәqiqlik sәviyyәsindә Saytda göstәrdiklәri Әlaqә vә Kommersiya mәlumatına;

6.2.5.İstifadәçinin Saytda Alıcı vә ya Satıcı qismindә davranışı haqqında mәlumata, o cümlәdәn dә İstifadәçinin Saytdakı fәaliyyәtlәri vә ya digәr İstifadәçilәrlә әlaqәli ;

6.2.6.İstifadәçinin Klonlarının mövcudluğu haqqında mәlumata;

6.2.7.İstifadәçinin Saytda açıq şәkildә dәrc etdiyi vә ya Saytda şәxsi mesajlar vasitәsilә digәr İstifadәçilәrә ötürdüyü mәlumata;

6.3.İstifadәçi, Saytın istifadәsi nәticәsindә, Saytın fәaliyyәti ilә bağlı yazışmalar vasitәsilә, vә ya sövdәlәşmәlәrin bağlanması nәticәsindә ona mәlum olan digәr İstifadәçilәr haqqında mәlumatın mәxfiliyinin qorunmasını vә üçüncü şәxslәrә açıqlamamasını öz öhdәsinә götürür.

7.Qeydiyyat

7.1.Qeydiyyatın tәsdiq edilmәsi bu Qaydaların bütün maddәlәrinin qeyd-şәrtsiz qәbul edilmәsi anlamına gәlir.

7.2.Saytda qeydiyyat üçün İstifadәçidәn fәrdi mәlumatların tәqdim edilmәsi tәlәb olunmur, “istifadәçi adı” vә e-mail göstәrmәsi kifayәtdir. “İstifadәçi adı” qismindә hәqiqi ad, soyad vә ata adının göstәrilmәsi tәlәb olunmur. Lәqәbin qoyulması kifayәtdir.

7.3.“İstifadәçi adı” әdәbsiz söz vә ifadәlәrdәn; domen sonluqlu sayt adlarından (mәsәlәn, username.az– yolverilmәzdir, username- icazә verilir), telefon nömrәlәrindәn, poçt ünvanı, e-mail vә ya hәr hansı digәr Әlaqә vә ya Kommersiya mәlumatından ibarәt ola bilmәz.

7.4.Özünü başqa şәxs kimi tanıtmaq mәqsәdilә Sayt Rәhbәrliyinin nümayәndәlәrinin, digәr istifadәçilәrnin “istifadәçi adlarına” oxşar “istifadәçi adlı” şәxsi hesabın yaradılması qadağandır.

7.5.Әqli mülkiyyәt hüququ da daxil olmaqla, üçüncü şәxslәrin digәr hüquqlarını pozan “istifadәçi adlı” şәxsi hesabın yaradılması qadağandır.

7.6.Әlaqә vә Kommersiya mәlumatı vә ya Azәrbaycan Respublikasının qanunvericiliyi tәrәfindәn fәrdi mәlumat olaraq tәsdiqlәnәn istәnilәn digәr mәlumat onların qeydiyyatı vә redaktәsi zamanı İstifadәçilәrin öz mülahizәsinә әsasәn, istәdiklәri hәcm vә dәqiqlik sәviyyәsindә açıqlanır.

7.7.Avatar vә şәxsi imza qismindә aşağıda sadalananların istifadәsi qadağandır:

7.7.1.Tәrkibindә istәnilәn Әlaqә vә Kommersiya mәlumatı, digәr saytlara keçidi olan, reklam xarakteri daşıyan şәkil vә mәtnlәr (Azәrbaycan Respublikasının qanunvericiliyi ilә qadağan edilmiş malların reklamı, Menecerlәr üçün şirkәt loqotiplәri istisna olmaqla);

7.7.2.Tәrkibindә әdәbsiz, tәhqiredici sözlәr olan, hәmçinin ümumi qәbul edilmiş әdәb qaydaları vә әxlaqa uyğun olmayan şәkil vә mәtnlәr;

7.7.3.İstifadәçilәrә, Rәhbәrliyә, Moderatorlara, Saytın bütün mәzmununa vә ayrı-ayrı hissәlәrinә qarşı hörmәtsizlik ifadә edәn mәlumat.

7.8.Bir şәxs tәrәfindәn bir neçә şәxsi hesabın istifadәsi, bir şәxsi hesabın bir neçә şәxs tәrәfindәn istifadәsi, öz şәxsi hesabının başqa şәxsә ötürülmәsi qadağandır.

7.9.Aşağıdakı mәqsәdlәr daxil olmaqla, lakin bununla mәhdudlaşmayaraq, istәnilәn mәqsәdlә Klonların istifadәsi qadağandır:

7.9.1.Öz Lotunun qiymәtinin süni şәkildә artırılması, digәr İstifadәçiyә mәxsus Lotun qiymәtinin qәsdәn azaldılması;

7.9.2.Digәr İstifadәçilәrin fәaliyyәtinә maneә yaradılması mәqsәdilә.

7.10.Ziddiyyәtli, hәqiqәtә uyğunolmayan, yanlış, alçaldıcı vә digәrmәlumatların, ümumiqәbuledilmiş әdәbqaydalarınavә әxlaqauyğunolmayançapmateriallarının, tәsvirlәrin, vә s. yerlәşdirilmәsiyoluilә digәrİstifadәçininmalları/xidmәtivә ya digәr İstifadәçi haqqındayanlış tәsәvvürün yaradılması mәqsәdilә Klonlar da daxil olmaqla, şәxsi hesabın istifadәsi qadağan edilir.

7.11.Lotların qiymәtinin, süni şәkildә artırılması mәqsәdilә İstifadәçilәrin әlbir olması qadağandır.

7.12.Qeydiyyatdan sonra “İstifadәçi adının” müstәqil şәkildә dәyişdirilmәsi mümkün deyil.

7.13.Qeydiyyatdan sonra İstifadәçinin öz xahişinә әsasәn Şәxsi hesabın Rәhbәrlik tәrәfindәn silinmәsi vә ya blok edilmәsi mümkündür (Sorğu Dәstәk xidmәtinә)müraciәt forması vasitәsilә göndәrilir. İstifadәçilәrin silinmә vә ya blok edilmә haqqında sorğuları sorğunun daxil olduğu andan etibarәn 24 saat әrzindә Rәhbәrlik tәrәfindәn yerinә yetirilir.

7.14.Әgәr şәxsi hesab 1 il әrzindә istifadә olunmamışdırsa, o, Rәhbәrlik tәrәfindәn blok edilәrәk arxivә göndәrilә bilәr, әgәr şәxsi hesab 2 il әrzindә istifadә olunmamışdırsa, o, Rәhbәrlik tәrәfindәn silinәcәkdir. Reytinqin, Rәylәrin, başa çatmış hәrracların bәrpa edilmәsi müstәqil şәkildә vә ya Dәstәk xidmәti vasitәsilә 2 il әrzindә mümkündür.

8.Lotların tәqdim edilmәsi qaydaları

Lotların tәqdim edilmәsinә tәlәblәr 

8.1.Yalnız müәyyәn mal lot ola bilәr.

8.2.Lot tәqdim etmәklә, İstifadәçi bu Lotun obyektә (mal) münasibәtdә alqı-satqı da daxil olmaqla, lakin bununla mәhdudlaşmayaraq, göstәrilәn fәaliyyәtlәrin hәyata keçirilmәsi üçün bütün lazımi hüquqlara, lisenziyalara vә icazәlәrә sahib olduğunu tәsdiq edir.

8.3.Lotlar yalnız kataloqun müvafiq kateqoriyasında yerlәşdirilmәlidir.

8.4.Lotu yerlәşdirәn İstifadәçi mәhsulun Lot sәhifәsindә tәqdim edilmiş mәlumata uyğunluğuna zәmanәt verir.

8.5.İstifadәçi, potensil kontragentlәrә (digәr İstifadәçilәrә) sövdәlәşmәnin real şәrtlәrinin Saytdakı hәrraclarda elan edilәn şәrtlәrdәn fәrqli olmadığına zәmanәt verir.

8.6.Qiymәt tәklifi verәrkәn, İstifadәçi Lotun tәsvirindә qeyd edilmiş şәrtlәrlә razılaşır. Hәrracın başa çatması anında qiymәt tәklifi daha yüksәk olan alıcı potensial kontragentlәrә (digәr İstifadәçilәrә) mәhsulu Lot sәhifәsindә göstәrilәn şәrtlәrlә almaq niyyәtinin olmasına zәmanәt verir.

8.7.Lotların tәqdim edilmәsi zamanı yolverilmәzdir:

8.7.1.Lotları uyğun olmayan bölmәlәrdә yerlәşdirilmәsi;

8.7.2.Lotların dublikatlarının yaradılması, o cümlәdәn kataloqun başqa bölümlәrindә dә - Әgәr İstifadәçinin bir neçә eyni tipli, eyni xarakteristikaya malik Mal sәhifәsi varsa, bir Lotun yaradılması kifayәtdir;

8.7.3.Eyni mәhsulu eyni zamanda hәm ayrı bir Lot, hәm dә bir digәr Lotun bir hissәsi kimi tәqdim etmәk;

8.7.4.Lotun mübadilәsi, İstifadәçilәrin tәlәblәrinin vә mәhsulun reklamının araşdırılması, әylәncә vә ya hәrrac nәticәsindә Lotu vermәk niyyәtini nәzәrdә tutmayan digәr mәqsәdlәrlә Lotu yalnız mübadilә üçün tәqdim etmәk vә ya Lot üzrә hәrracı qeyri-mümkün edәn digәr hәrәkәtlәr etmәk (әsassız yüksәk qiymәtin tәqdim edilmәsi, digәr İstifadәçilәrin qiymәt tәkliflәrinin әsassız şәkildә rәdd edilmәsi, vә s.);

8.7.5.Lotun istәnilәn hissәsini (tәsviri, tәhvil şәrtlәri, vә s.) istәnilәn digәr saytlara, o cümlәdәn dә mәhsulun satışının hәyata keçirildiyi vә/vә ya әlaqә mәlumatlarının yerlәşdirildiyi saytlara daxil edilmәsi (internet-mağazalar, market yerlәri, sosial şәbәkәlәr, elan lövhәlәri, vә s.);

8.7.6.Әldә edilmiş mal vasitәsilә hәr hansı qanuna zidd fәaliyyәtin yerinә yetirilә bilmәsi, istәnilәn formada istәnilәn birinә zәrәr (ziyan) (o cümlәdәn, fiziki, mәnәvi vә ya maddi) verilә bilmәsi imkanı haqqında mәlumatların olduğu tәsvirlәrә malik Lotlar tәqdim etmәk;

8.7.7.әldә olmayan, әvvәlcәdәn ödәniş vә sifariş üzrә mal tәqdim etmәk;

8.7.8.mal haqqında yanlış mәlumatlar qeyd etmәk;

8.7.9.Mәqsәdi Lotu almaq niyyәti olmayan qiymәt tәkliflәrini vermәk;

8.7.10.Lotları kataloq siyahısında üst sıralara qaldırmaq mәqsәdilә onları sistematik olaraq siyahıdan çıxarmaq vә sonra yenidәn yerlәşdirmәk, hәmçinin dublikat Lotun silinmәsi vә yenidәn yaradılması;

8.7.11.әlavә proqram tәminatı, Lotların yerlәşdirilmәsi (tәqdim edilmәsi, redaktәsi, yenidәn tәqdim edilmәsi), Lotlar üzrә sualların, avtomatik vasitәlәr istifadә etmәk;

8.7.12.Elan edilmәsi Azәrbaycan Respublikasının mövcud qanunvericiliyini pozan, ümumi qәbul edilmiş әdәb normalara vә әxlaqa zidd, alçaldıcı vә yersiz olan, o cümlәdәn dә üçüncü şәxslәrin hüquqlarını pozan Lotları tәqdim etmәk;

8.7.13.Saytda yerlәşәn istәnilәn mәlumatların bu mәlumatların sahiblәrinin vә Rәhbәrliyin qabaqcadan yazılı icazәsi olmadan surәtini çıxarmaq, yenidәn çap etmәk, dәyişdirmәk, yaymaq vә ictimaiyyәtә tәqdim etmәk;

Lotun adına vә tәsvirinә olan tәlәblәr 

8.8.Lotun adı informativ vә bu mal növü üçün ümumi qәbul edilmiş olmalıdır. Qeyri-informativ ada malik Lotlar (“Alıram”, “Satıram”, “Hamı buraya”, vә s.) Moderator tәrәfindәn hәrracdan çıxarıla bilәr.

8.9.İstifadәçi Lotu maksimal dәqiqliklә tәsvir etmәli, İstifadәçilәr tәrәfindәn bu vә ya digәr qәrarların verilmәsi üçün hәrtәrәfli mәlumat vermәlidir. Әgәr mәhsulun hәr hansı çatışmazlıqları vә ya qüsurları varsa, onları qeyd etmәk lazımdır. Lotda Hәrrac Qalibinin hansı mәhsulu vә hansı miqdarda alacağı barәdә dәqiq mәlumat göstәrilmәlidir. Qeyri-kafi tәsvirә malik Lotlar Moderatorlar tәrәfindәn silinә bilәr.

8.10.İstifadәçi, tәqdim etdiyi Lotlar haqqında hәqiqәtә uyğun vә tam mәlumat vermәli vә hәqiqәtә uyğun vә tam olmayan mәlumatların aşkar edilmәsi zamanı onlara dәyişiklik etmәli vә ya Lotlar haqqında lazımi mәlumatları әlavә etmәlidir.

8.11.Mal haqqında mәlumatın daxil edilmәsi zamanı aşağıdakılara yol verilmir:

8.11.1.Lotun tәsvirinә/adına Lotu hissә-hissә satmaq niyyәti haqqında (istisna: “Avto üçün ehtiyat hissәlәri” kateqoriyasındakı lotlar), әlavә mal satmaq niyyәti vә ya xidmәtlәrin tәqdim edilmәsi haqqında tәkliflәr daxil etmәk. Lot bölünmәzdir, qiymәt bütün Lot üçün qeyd edilir;

8.11.2.Lotun tәsvirinә/adına mәtn, qrafika, vә ya hәr hansı digәr formada reklam xarakterli mәlumat daxil etmәk. Azәrbaycan Respublikasının qanunvericiliyinin tәlәblәrini nәzәrә alaraq, Mağaza paketlәrinin tәsvirindә mәtn, qrafika vә ya hәr hansı digәr formada açıq vә ya gizli reklam yerlәşdirilmәsinә yol verilir;

8.11.3.Lotun adında reklam, tәşviqat çağırışlarının vә şüarların (“Super!!! Endirim! Qiymәt endirildi! Yalnız bugün! Ucuz! Hamıdan yaxşı! Başqaları da var!” vә s.); kobud ifadәlәrin; hәddindәn artıq durğu işarәlәrinin vә baş hәrflәrin; oxumanı çәtinlәşdirәn tәrtibatların; birbaşa Lota aid olmayan digәr mәlumatların, o cümlәdәn dә әlaqә mәlumatlarının tәtbiq edilmәsi;

8.11.4.Lotun adını xüsusi işarәlәrlә vә durğu işarәlәri ilә qeyd edilmәsi;

8.11.5.Lotun adına/tәsvirinә reklam bloklarının, qeyd kodlarının, Saytın xarici görünüşünü vә funksionallığını dәyişdirәn digәr fraqmentlәrin daxil edilmәsi;

8.11.6.Lotun adına/tәsvirinә oynanma, müsabiqәlәr, lotereyalar, prizlәrin verilmәsi vә ya digәr analoji mәlumatların daxil edilmәsi.

İstifadә edilәn tәsvirlәrә olan tәlәblәr 

8.12.Lotun fotoşәkli tәqdim edilәn mala uyğun olmalıdır. İmkan daxilindә, Lotun real fotoşәkli yerlәşdirilir. Әgәr fotoşәkil Lota dәqiq uyğun deyilsә (ölçülәri, rәngi, qüsurları), bu barәdә mütlәq tәsvirdә qeyd edilmәlidir. Әlavә şәkillәr olduqda (o cümlәdәn, İnternetdәn yüklәnmiş), mütlәq müәllif hüquqlarının sahibi göstәrilmәlidir.

8.13.Lotlar/Elanlar üçün şәkil mütlәqdir.

8.14.Mәhsulun şәklinin qeyd edilmәsi zamanı aşağıdakılara yol verilmir:

8.14.1.Yayılması müәlliflik hüququ vә ya digәr hüquqlarla mәhdudlaşdırılmış şәkillәrin istifadәsi;

8.14.2.Lota uyğun olmayan şәkillәrin, çox parlaq fonun, qeyri-tәbii rәnglәrin istifadәsi vә ya şәklin Lotlar siyahısında hәr hansı başqa yol ilә qeyd edilmәsi.

İstifadәçi tәrәfindәn tәqdim edilәn mәlumata tәlәblәr

8.15.İstifadәçi tәrәfindәn tәqdim edilәn Lot haqqında mәlumat:

8.15.1.Yanlış, qeyri-dәqiq vә ya aldadıcı olmamalı;

8.15.2.Dolandırıcılığa, aldatmaya vә ya etibarın sui-istifadәsinә yol açmamalı;

8.15.3.Başqalarının şәrәf, lәyaqәt vә ya iş nüfuzuna xәlәl gәtirәn mәlumatları ehtiva etmәmәli;

8.15.4.әdәbsiz vә ya pornoqrafiya xarakterli olmamalı;

8.15.5.reklam xarakterli materialları ehtiva etmәmәli;

8.15.6.Azәrbaycan Respublikasının mövcud qanunvericiliyini başqa yol ilә pozmamalı.

8.16.İstifadәçinin Lotun hәr hansı hissәsindә әlaqә mәlumatının – telefon nömrәsinin, e-mail, sayt ünvanının, sosial şәbәkә qrupunun/sәhifәsinin, şirkәt adının, ofis nömrәsinin göstәrmәsi qadağandır.

8.17.Sayt, sosial şәbәkә qrupu/sәhifәsi ünvanının Elanlarda yerlәşdirilmәsinә yol verilir.

8.18.Hesab istifadәçisinin istәnilәn bölümdә bu Lotun vә/vә ya xidmәtlәr kompleksinin xarakteristikasına uyğun olmayan şirkәt vә/ vә ya ticarәt markaları haqqında reklam mәlumatlarının yerlәşdirmәsi qadağandır.

Qiymәtә olan tәlәblәr

8.19.Satıcı, ilkin qiymәt olaraq Lotu satmağa hazır olduğu qiymәti göstәrmәlidir.

8.20.Mәhsulun qiymәtinin göstәrilmәsi zamanı aşağıdakılara yol verilmir:

8.20.1.Hәrracın fәallığının artırılması mәqsәdilә azaldılmış qiymәtin göstәrilmәsi;

8.20.2.Lotlarda açıq şәkildә qeyri-mütәnasib qiymәtin, azaldılmış qiymәtin, xarici valyutada verilmiş qiymәtin göstәrilmәsi;

8.20.3.Klonların adından qiymәt tәkliflәri hesabına öz lotunun qiymәtinin qәsdәn yüksәldilmәsi;

8.20.4.әsassız olaraq yüksәk qiymәtin tәqdim edilmәsi;

8.21.İstifadәçilәr tәrәfindәn Bu Qaydalara riayәt edilmәmәsi halında, o cümlәdәn dә aşağıda sadalanmış hallarda Rәhbәrlik vә ya Moderator Lotların hәrracdan çıxarmaq/redaktә etmәk/silmәk hüququnu özündә saxlayırlar:

8.21.1. Lot haqqında 3-dәn artıq İstifadәçi şikayәti daxil olduğu halda;

8.21.2.Rәhbәrliyin mülahizәsinә әsasәn, Lotların maddi dәyәri olmadığı vә şübhәli xüsusiyyәtlәrinin olduğu halda;

8.21.3.Lotlarda orfoqrafik sәhvlәr olduğu halda.

8.22.Sayt Rәhbәrliyi sәbәb göstәrmәdәn Lotları hәrracdan çıxarmaq hüququnu özündә saxlayır.

9.Elan yerlәşdirilmәsi qaydaları

9.1.Elanlarda aşağıda sadalananlar haqqında mәlumatlar yerlәşdirmәk olar:

9.1.1.Mal vә ya mal qrupunu satmaq, almaq niyyәti haqqında;

9.1.2.Mәhsulun sifariş vә әvvәlcәdәn ödәniş üzrә satmaq niyyәti haqqında;

9.1.3.Xidmәtlәr tәqdim etmәk niyyәti haqqında;

9.1.4.Iş axtarışı vә işә qәbul, vә s. haqqında.

9.2.Elanlar reklam mәlumatlarını (Azәrbaycan Respublikasının qanunvericiliyi ilә qadağan edilmiş malların reklamı istisna olmaqla), o cümlәdәn dә başqa saytlara keçidlәr ehtiva edә bilәr.

9.3.Rәqib saytların (hәrracların, elan lövhәlәrin, vә s.) reklamını ehtiva edәn elanların dәrc edilmәsi yalnız Rәhbәrliklә razılaşdırıldıqdan sonra mümkündür.

9.4.Aşağıdakı elanların yerlәşdirilmәsi qadağandır:

9.4.1.Okkultizm xarakterli xidmәtlәrin tәklifi – astrologiya, fala baxma, vә s.;

9.4.2.әmanәt, ianә, ödәmә, borc, sәrmaye vә digәr kapitalın toplanması haqqında;

9.4.3.Azәrbaycan Respublikasından kәnarda işә götürmә haqqında;

9.4.4.Qeydiyyat, klik, baxış yolu ilә İnternetdә qazanc vә ya şübhәli fәaliyyәt növlәri haqqında;

9.4.5.Saxta vә qaçaq malların tәklif edilmәsi;

9.4.6.Ümumi qәbul edilmiş әxlaq normalarına zidd olan;

9.4.7.Azәrbaycan Respublikasının qanunvericiliyini pozan elanlar.

9.5.Lisenziyalaşdırılma  xidmәtlәrinin tәkliflәrini ehtiva edәn elanlarda xidmәti göstәrәn şirkәtin adı qeyd edilmәlidir.

9.6.Haqqında 3-dәn artıq İstifadәçi şikayәti daxil olan Elanlar Moderator tәrәfindәn silinә bilәr.

9.7.İstifadәçilәr tәrәfindәn Bu Qaydalara riayәt edilmәmәsi halında, o cümlәdәn dә aşağıda sadalanmış hallarda Rәhbәrlik vә ya Moderator Elanı redaktә etmәk/silmәk hüququnu özündә saxlayırlar:

9.7.1. Elan haqqında 3-dәn artıq İstifadәçi şikayәti daxil olduğu halda;

9.7.2.Rәhbәrliyin mülahizәsinә әsasәn, Elanların maddi dәyәri olmadığı vә şübhәli xüsusiyyәtlәrinin olduğu halda;

9.7.3.Elanlarda orfoqrafik sәhvlәr olduğu halda.

9.8.Sayt Rәhbәrliyi sәbәb göstәrmәdәn istәnilәn Elanı silmәk hüququnu özündә saxlayır.

10.Saytda istәnilәn formada tәqdim edilmәsi qadağan edilmiş mәhsullar

10.1.Dövriyyәsi Azәrbaycan Respublikasının qanunvericiliyi ilә mәhdudlaşdırılmış vә ya qadağan edilmiş mәhsul vә xidmәtlәrin, o cümlәdәn dә 10.2 bәndlәrindә sadalanan mәhsulların Saytda yerlәşdirilmәsi qadağan edilir.

10.2.Saytda yerlәşdirilmәsi qeyd-şәrtsiz qadağan edilmiş mәhsullar aşağıdakıları ehtiva edir:

10.2.1.Satışı vә dövriyyәsi ictimai dövriyyәdә Azәrbaycan Respublikasının qanunvericiliyinә әsasәn qadağan edilmiş vә ya mәhdudlaşdırılmış istәnilәn predmetlәr, o cümlәdәn dә silah, döyüş sursatları, hәrbi tәyinatlı texnika, partlayıcı, zәhәrlәyici maddә vә әşyalar, radioaktiv materiallar, pornoqrafik materiallar, hәmçinin istәnilәn formada narkotik, güclü tәsir edәn vasitәlәr vә psixotrop maddәlәr;

10.2.2.Hәrbi silah-sursatın istehsalı üçün avadanlıq;

10.2.3.Hәrbi tәyinatlı texnikanın istehsalı üçün avadanlıq;

10.2.4.Xidmәti vә mülki silah;

10.2.5.Peyk vә kosmik rabitә vasitәlәri, xüsusi gizli rabitә vasitәlәri vә kodları, bu vasitә vә kodların istehsalı üçün avadanlıq;

10.2.6.Qiymәtli daşların, qızıl vә digәr qiymәtli metalların, neft, neft mәhsulları vә tәbii qazın hasilatı vә emalı vasitәlәri, neft vә neft mәhsulları qalıqlarının emal vasitәlәri;

10.2.7.İonlaşdırıcı şüa mәnbәlәri, o cümlәdәn dә radioaktiv maddәlәr, mәişәt vә tibbi әhәmiyyәtli aparatlar istisna olmaqla, belә mәnbә vә maddәlәrin istehsalı üçün avadanlıq, şüa saçan aparatlar;

10.2.8.Qiymәtli kağızların çapı üçün avadanlıq vә belә avadanlığın istehsalı üçün avadanlıq;

10.2.9.Azәrbaycan Respublikasının әrazisindә dövriyyәsi mәhdudlaşdırılmış narkotik maddәlәr, psixotrop maddәlәr vә prekursorlar, Azәrbaycan Respublikasının әrazisindә dövriyyәsi nәzarәt altında olan psixotrop maddәlәr vә prekursorlar, narkotik maddәlәr vә psixotrop maddәlәrin istehsalı üçün istifadә olunan vә dövriyyәsi qanunla nәzarәt edilәn avadanlıq;

10.2.10.Partlayıcı maddәlәr vә qurğular, tez alışan maddәlәr vә pirotexniki mәhsullar;

10.2.11.Ozon dağıdıcı maddәlәr vә tәrkibindә belә maddәlәrin olduğu mәhsullar;

10.2.12.Narkotik vә psixotrop maddәlәrә aid olmayan güclü tәsiredici vә ya zәhәrlәyici maddәlәr , belә maddәlәrin istehsalı vә ya tәkrar emalı üçün tәlәb olunan avadanlıq;

10.2.13.Mәlumatların gizli şәkildә әldә edilmәsi üçün nәzәrdә tutulan texniki vasitәlәr;

10.2.14.Radiomüşahidә vә radionәzarәtin hәyata keçirilmәsi üçün geniş tezlikli diapazona malik radioqәbuledici qurğular;

10.2.15.Güc meyarları Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş meyarlardan yüksәk olan Radioötürücülәr;

10.2.16.Üzәrindә fәrqlәnmә nişanları olan әmәliyyat-axtarış fәaliyyәti subyektlәrinin, hәrbçilәrin vә prokurorluq işçilәrinin xüsusi hәrbi vә forma geyimlәri;

10.2.17.Elmi tәdqiqatlar, tәcrübәlәr vә sәrgilәrdә nümayiş üçün nәzәrdә tutulmuş genetik modifikasiya olunmuş bitkilәr, o cümlәdәn dә müasir biotexnoloji vә gen mühәndisliyi üsulları ilә yaradılmış kәnd tәsәrrüfatı bitki materialları;

10.2.18.Elmi tәdqiqatlar, tәcrübәlәr vә sәrgilәrdә nümayiş üçün nәzәrdә tutulmuş genetik modifikasiya olunmuş bitkilәrin genetik materialların istifadәsi ilә istehsal edilmiş qida mәhsulları;

10.2.19.Mәsafәdәn idarә edilәn pilotsuz uçan aparatlar;

10.2.20.Gözün ön şәffaf tәbәqәsi (kornea);

10.2.21.İstifadәçinin satış hüquqları olmadığı mәhsullar;

10.2.22.Üçüncü şәxslәrin hüquqlarının hәyata keçirilmәsini pozan vә ya çәtinlәşdirәn istәnilәn mәhsullar;

10.2.23.Pornoqrafik xarakter daşıyan mәhsullar;

10.2.24.Oğurlanmış mәhsullar;

10.2.25.Dövlәt, hәrbi mükafatlar, o cümlәdәn dә, hәrbi әmәliyyatlarda iştirak etmiş veteranlara tәqdim edilәn xatirә medalları vә nişanlar;

10.2.26.Saxta pul vahidlәri vә saxta poçt ödәniş nişanları;

10.2.27.Üçüncü şәxslәrә mәxsus aksiyalar vә digәr qiymәtli kağızlar;

10.2.28.Xarici valyuta vә digәr valyuta dәyәrlәri (numizmatika mәqsәdlәri istisna olmaqla);

10.2.29.Dövlәt şәxsiyyәt vәsiqәlәri, nişanlar, giriş vәsiqәlәri, icazәlәr, sertifikatlar vә lisenziyalar;

10.2.30.Rәsmi blanklar,ciddi hesabat formaları;

10.2.31.Azәrbaycan Respublikasının hüquq qaydasına vә әxlaqına zidd olan istәnilәn mәhsul vә xidmәtlәr;

10.2.32.Spamer bazaları, sanksiyalaşdırılmamış göndәrişә sәbәb ola bilәcәk mәhsul vә xidmәtlәr;

10.2.33.Şәxsi mәlumatları ehtiva edәn mәlumat bazaları;

10.2.34.Dövlәt, bank vә ya kommersiya sirrini ehtiva edәn materiallar;

10.2.35.Satışı üçüncü şәxslәrin müәllif vә/vә ya әlaqәli hüquqlarını, ticarәt nişanları vә patentlәrә olan hüquqlarını pozan әşya vә materiallar;

10.2.36.Şәxsi hәyat sirrini pozan, vәtәndaşların vә hüquqi şәxslәrin şәrәf, lәyaqәt vә iş nüfuzuna qәsd edәn materiallar;

10.2.37.Müstәsna olaraq virtual şәkildә ötürülәn vә hәr hansı maddi daşıyıcının üzәrinә yazılmamış materiallar (fikirlәr, metodlar, prinsiplәr);

10.2.38.Müәllif hüququnu poza bilәcәk avadanlıq, alәtlәr vә proqram tәminatı;

10.2.39.Viruslar vә başqa zәrәrli elementlәr ehtiva edәn proqram tәminatı;

10.2.40.Proqram aktivlәşdiricilәri, kompakt-disklәrin açarları, orijinal proqram tәminatı olmadan qeydiyyat nömrәlәri;

10.2.41.Lisenziyasız proqram tәminatı;

10.2.42.Alkoqol tәrkibli içkilәr;

10.2.43.Siqaretlәr, elektron siqaretlәri, tütün qarışıqları, elektron siqaretlәr üçün kartriclәr, vә s.;

10.2.44.Tibbi avadanlıq, dәrman preparatları, bioloji aktiv әlavәlәr;

10.2.45.Şifrәlәmә vasitәlәri vә hәmçinin mәlumatın saxlanması, emalı vә ötürülmәsi üzrә müdafiә olunmuş texniki vasitәlәr;

10.2.46.Dövriyyәsi Azәrbaycan Respublikasının qanunvericiliyi ilә mәhdudlaşdırılmış digәr mәhsul vә xidmәtlәr;

11.Saytda ünsiyyәt qaydaları

11.1.Ünsiyyәt zamanı qadağan olunur:

11.1.1.Kobud, tәhqiredici söz vә ifadәlәrdәn istifadә etmәk, әdәbsiz vә pornoqrafik xarakterli mәlumat yerlәşdirmәk;

11.1.2.Digәr İstifadәçilәrә qarşı tәhdid, tәhqiredici ifadәlәr, şәkillәr, vә s. istifadә etmәk;

11.1.3.Münasibәtlәrin ictimai vә gizli aydınlaşdırılması, söyüş, tәhqir, digәr İstifadәçilәrin mübahisәlәrә cәlb edilmәsi, vә s.;

11.1.4.Üçüncü şәxslәrә aid istәnilәn әlaqә mәlumatlarını, vә digәr mәlumatları (şәxsi mәlumatlar, yazışma, telefon danışıqlarının mәzmunu, vәs.) onların razılığı olmadan yerlәşdirmәk;

11.1.5.Hәqiqәtә uyğun olmayan vә digәr İstifadәçilәri aldada bilәn (o cümlәdәn qaydaların digәr İstifadәçilәr tәrәfindәn pozulması haqqında) mәlumat yerlәşdirmәk;

11.1.6.Kömәk vә Saytın işi ilә bağlı suallarına cavab gözlәyәn digәr İstifadәçilәri qәsdәn aldatmaq;

11.1.7.Saytı, Rәhbәrliyi, Moderatorun hәrәkәtlәrini tәnqid etmәk, İstifadәçilәrlә bu resursun qeyri-sәmәrәliliyi haqqında müzakirәlәr aparmaq, Moderatorlara, Saytın bütün mәzmununa vә onun ayrı-ayrı hissәlәrinә hörmәtsizlik göstәrmәk;

11.1.8.Referal keçidlәr yerlәşdirmәk (bu keçidlәrә keçdiyi zaman İstifadәçi avtomatik olaraq nәyәsә sәs verir vә ya başqa formada bu keçidi yerlәşdirәn şәxsә gәlir gәtirir); spam – bölmәnin vә ya müzakirәnin mövzusuna aid olmayan reklam xarakterli mesajlar yerlәşdirmәk;

11.1.9.“Şәxsi mesajlar” vasitәsilә İstifadәçilәrә Spam (arzuolunmaz kommersiya mәktubları) göndәrmәk;

11.1.10.Mәnasız, heç bir mәlumat yükü olmayan mesajlar yazmaq. Mәsәlәn, bir smayldan ibarәt mesajlar;

11.1.11.Hәm mesajlarda, hәm dә mövzu başlıqlarında yalnız yuxarı registrdә (Capslock ilә) yazmaq;

11.1.12.Narkotik maddәlәrin istifadәsini tәbliğ etmәk, yaymaq cәhdlәri, hazırlanma tәriflәrinin vә istifadә üzrә tövsiyәlәrin dәrc edilmәsi;

11.1.13.Hәr hansı formada Azәrbaycan Respublikası qanunvericiliyinin pozulmasına çağıran mvә ya onun fәaliyyәti altına düşәn mesajların yaradılması;

11.1.14.Azәrbaycan Respublikası qanunvericiliyini başqa yol ilә pozmaq.

12.Bu Qaydaların pozulmasına görә cәzalar.

12.1.Bu Qaydaların pozulması halında, Rәhbәrlik, öz mülahizәsinә әsasәn, pozanlara qarşı aşağıda sadalanan sanksiyalardan birini vә ya bir neçәsini tәtbiq edә bilәr:

12.1.1.Xәbәrdarlıq;

12.1.2.Tәkrar xәbәrdarlıq;

12.1.3.Lotun/Elanın/ mesajın silinmәsi;

12.1.4.İstifadәçinin şәxsi hesabının müvәqqәti vә ya daimi blok edilmәsi;

12.1.5.İstifadәçinin IP-ünvanının blok edilmәsi.

12.2.Bu Qaydaların pozulması halında cәza tәdbiri Moderator tәrәfindәn müәyyәn edilir.

12.3.Moderatorun xәtası olduğu halda, yәni, Qaydaların pozulması halı olmadan cәza tәtbiq edildikdә, bu cәza tәdbiri haqqında Rәhbәrliyә şikayәt verilә bilәr (әks әlaqә forması vasitәsilә).

12.4.Rәhbәrliyin fәaliyyәtlәri şikayәtә tabe tutulmur.

12.5.Cәza tәdbirinin uyğunluğu müzakirә olunmur.

12.6.Bu Qaydaların istifadәçi tәrәfindәn pozulması halinda (onun şәxsi hesabının blok edilmәsinә sәbәb ola bilәr), pul vәsaitinin qalığı sorğu әsasında geri qaytarılır.

12.7.Saytın Rәhbәrliyi bu Qaydalara vә Qaydalara olan Әlavәlәrә dәyişiklik etmәk, әlavәlәr etmәk vә tәshih etmәk hüququnu özündә saxlayır. Dәyişikliklәr Saytda dәrc edilmәsi anından etibarәn qüvvәyә minir.

Qaydalara Әlavә:

Ödәnişli xidmәtlәr

1.1.Saytın ödәnişli xidmәtlәr siyahısına daxildir:

1.1.1.  Lotların/Elanların tәşviqi üzrә xidmәtlәr (tәşviq üzrә xidmәtlәr siyahısı vә qiymәtlәri Saytın müvafiq sәhifәlәrindә әldә edilә bilәr).

1.2.Ödәnişli xidmәtlәrin istifadәsi bu Qaydaların pozulması halında Lotun/Elanın Rәhbәrlik tәrәfindәn blok edilmәyәcәyinә zәmanәt vermir.  Bu Qaydaların pozulması halında ödәnilmiş xidmәtlәr üzrә pul vәsaitlәri bu Әlavәnin 3-cü maddәsinә әsasәn, geri qaytarılır.

2.  Xidmәtlәrin ödәnilmәsi vә sifarişi şәrtlәri

2.1.Xidmәtlәrin ödәnilmәsi vә sifarişi şәrtlәri aşağıdakı tәlәblәrdәn ibarәtdir:

2.2.Müvәffәqiyyәtli ödәnişdәn sonra qeydiyyatdan keçmiş İstifadәçinin elektron ünvanına elektron bildiriş göndәrilәcәk.

2.3.Bu maddәsinin tәlәblәri nәzәrә alınmaqla, pul vәsaitlәri yalnız vә müstәsna olaraq Saytın xidmәtlәrinin ödәnilmәsi üçün istifadә olunur.

2.4.İstifadәçi hesabında pul vәsaitlәrinin istәnilәn valyutada pul vahidlәrinә mübadilәsi mümkün deyil. 

3. Kompensasiyanın şәrtlәri

3.1. Kompensasiyanın şәrtlәri aşağıdakı tәlәblәrdәn asılıdır:

3.1.1.  Saytda baş vermiş qәza,texniki nasazlıqlar sәbәbindәn günlәrin kompensasiya olunması aşağıdakı şәrtlәr daxilindә hәyata keçirilir

a.  Yayımlama vә ya tәşviq xidmәtlәri üzrә günlәrin kompensasiya olunması sәhvәyә giriş 24 saatdan artıq vaxtda mәhdudlaşarsa o zaman hәyata keçirilir. 

4.  Qadağalar

4.1.Sayt xidmәtlәrinin ödәmә terminalları, elektron cüzdanlar, sms vasitәsilә ödәnilmәsi ilә keçirilәn hiylәlәr, saytın proqram kodunun işindә dәyişikliklәr edilmәsi, proqram kodunda mümkün xәtaların istifadәsi, vә s. yolu ilә İstifadәçinin hesabında pul vәsaiti mәblәğinin artırılmasına sәbәb olan bütün fәaliyyәtlәr qadağandır. Rәhbәrlik tәrәfindәn belә fәaliyyәtlәrin aşkar olunduğu tәqdirdә, bu yollarla hesablanan bütün pul vәsaitlәri silinәcәk, ödәnişli xidmәtlәrin göstәrilmәsi dayandırılacaq, köçürmәlәr üzrә bütün әmәliyyatlar lәğv edilәcәk, İstifadәçinin Sayta girişi müddәtsiz blok edilәcәk vә inzibati vә cinayәt mәsuliyyәti daxil olmaqla, Azәrbaycan Respublikasının qanunvericiliyinә әsasәn mәsuliyyәtә cәlb olunacaq.


İstifadәçi bu Siyasәtlә bağlı hәr hansı bir tәklif vә ya sualını sayt Rәhbәrliyinin Müştәri Xidmәtlәrinin [email protected] ünvanına göndәrә bilәr.

Son yenilәnmә tarixi: 21-Okt-2018




yuxarı