Gizlilik vә Sayt İstifadәçilәrinin fәrdi mәlumatlarının emalı siyasәti

1.Ümumi müddәalar

1.1.Gizlilik vә fәrdi mәlumatların emalı siyasәti (“Siyasәt) İstifadәçinin Saytdan istifadә etdiyi müddәt әrzindә açıqlaya bilәcәk bütün mәlumatlara aiddir.

1.2.Şәxsi mәlumatlar daxil olmaqla, bütün mәlumatlar Saytda İstifadәçi tәrәfindәn öz mülahizәsinә әsasәn, onun öz mәqsәdlәrinin hәyata keçirilmәsi mәqsәdilә göstәrilir. İstifadәçi özü haqqında bu vә ya digәr mәlumatı yalnız öz maraqları üçün, o cümlәdәn dә, İstifadәçi ilә әlaqә qurulmasının asanlığı vә/vә ya İstifadәçinin identifikasiyası üçün yerlәşdirir.

1.3.Özü haqqında mәlumat yerlәşdirәrәk, İstifadәçi bu cür mәlumatın Saytda açıq şәkildә yerlәşdirildiyini, yәni tanışlıq üçün İstifadәçilәrә vә Saytın istәnilәn ziyarәtçisinә açıq olduğunu anlayır vә razılaşır.

1.4.İstifadәçi, elektron poçt ünvanının spam-mesajların göndәrişi siyahılarına, müxtәlif növ dolandırıcıların әlinә düşmәsi riski, telefon nömrәsinin SMS-spamerlәrә vә/vә ya SMS-dolandırıcıların әlinә düşmәsi riski daxil olmaqla, lakin bununla mәhdudlaşmayaraq, mәlumatın yerlәşdirilmәsi ilә bağlı bütün risklәri, o cümlәdәn dә mәlumatın yerlәşdirilmәsindәn irәli gәlәn digәr risklәri anlayır vә öz öhdәsinә götürür.

1.5.İstifadәçi, öz mәqsәdlәrinә nail olmaq üçün Saytın imkanlarından sәmәrәli istifadә etmәk mәqsәdilә, Rәhbәrlik tәrәfindәn fәrdi mәlumatların sәrhәddәn kәnar ötürmәlәr daxil olmaqla, toplanması, saxlanması, emalı, qorunması vә ötürülmәsinә şәrtsiz razılıq verir. İstifadәçinin fәrdi mәlumatlarının sәrhәddәn kәnar ötürmәlәr daxil olmaqla, onların toplanması, saxlanması, emalı, qorunması vә köçürülmәsinә razılığı İstifadәçi razılığını geri alana qәdәr etibarlıdır. Razılaşmanın geri alınması halında İstifadәçi, geri alınma haqqında yazılı şәkildә Rәhbәrliyә bildirmәlidir.

1.6.Saytın vә onun ayrı-ayrı funksiyalarının istifadәsi İstifadәçinin bu Siyasәtlә vә Siyasәtdә göstәrilәn şәxsi mәlumatların emalı şәrtlәri ilә qeyd-şәrtsiz razılığı anlamına gәlir; bu şәrtlәrlә razılaşmadığı halda, İstifadәçi Saytın istifadәsindәn çәkinmәlidir.

1.7.Bu Siyasәt yalnız Saytın istifadәsi zamanı tәtbiq edilәn mәlumatlara aiddir. Sayt Rәhbәrliyi, İstifadәçinin Saytda mövcud keçidlәrlә keçdiyi üçüncü şәxslәrin saytları vә servislәri tәrәfindәn mәlumatın emalına görә mәsuliyyәt daşımır vә buna nәzarәt etmir.

2.İstifadәçinin fәrdi mәlumatlarının toplanması vә saxlanması

2.1.Rәhbәrlik, Saytın qeydiyyatı vә istifadә üçün fәrdi mәlumatların açıqlanmasını tәlәb etmir. Saytda qeydiyyat üçün e-mail vә uydurma ola bilәn “istifadәçi adı” göstәrmәk yetәrlidir.

2.2.Öz mәqsәdlәrinә çatmaq üçün, fәaliyyәt sahәsindәn asılı olaraq, İstifadәçi qeydiyyat vә ya profilinin sonrakı redaktәsi zamanı fәrdi mәlumatlar da daxil olmaqla, digәr mәlumatlar daxil edә bilәr.

2.3.Saytın şәxsi bölmәsindә (Şәxsi kabinet) fәrdi mәlumatların redaktәsi funksiyasından istifadә etmәklә vә ya bu Siyasәtin 10-cu maddәsindә qeyd edilәn elektron poçt ünvanına müvafiq sorğu göndәrmәklә, İstifadәçi istәnilәn vaxt tәqdim etdiyi fәrdi mәlumatları vә ya onların bir hissәsini dәyişdirә (yenilәyә, әlavә edә) bilәr.

2.4.Bu Siyasәtin 10-cu maddәsindә qeyd edilәn elektron poçt ünvanına müvafiq sorğu göndәrmәklә, İstifadәçi hәmçinin müәyyәn şәxsi hesab çәrçivәsindә tәqdim etdiyi fәrdi mәlumatları silә bilәr. Bu zaman şәxsi hesabın silinmәsi Saytdan istifadәnin tamamilә vә ya qismәn mümkünsüzlüyünә gәtirib çıxara bilәr.

2.5.Bu Siyasәtin 2.3 vә 2.4 bәndlәrindә nәzәrdә tutulmuş hüquqlar Azәrbaycan Respublikasının mövcud qanunvericiliyinin tәlәblәrinә әsasәn mәhdudlaşdırıla bilәr. Xüsusilә, bu cür mәhdudiyyәtlәr Rәhbәrliyin İstifadәçi tәrәfindәn dәyişdirilmiş vә ya silinmiş mәlumatların Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş müddәtdә saxlanılması vә qanunvericiliklә müәyyәn edilmiş prosedur ilә müvafiq dövlәt orqanına ötürülmәsi öhdәliyini nәzәrdә tutur.

2.6.Rәhbәrlik, İstifadәçinin Saytdan sitifadә zamanı tәqdim edә bilәcәyi fәrdi mәlumatların açıqlanmamasına vә gizliliyinin qorunması rejiminin tәmin edilmәsinә zәmanәt verir.

2.7.Saytın funksiyalarına girişin tәqdim edilmәsi üçün Rәhbәrliyin İstifadәçilәrdәn toplaya bilәcәyi fәrdi mәlumatların kateqoriyaları: (i) İstifadәçilәr tәrәfindәn öz mәqsәdlәrinә nail olmaq mәqsәdilә açıqlanan mәlumatlar (email, telefon nömrәsi); (ii) Saytın İstifadәçi tәrәfindәn istifadәsi zamanı Saytın proqram tәminatı tәrәfindәn avtomatik olaraq toplanan mәlumat (IP-ünvan; Cookies fayllarının mәlumatları).

2.8.Sayt tәrәfindәn toplanan vә emal edilәn bütün fәrdi mәlumatlar korporativ şәbәkә xaricindә girişi olmayan bir vә ya bir neçә mühafizә edilәn serverlәrdә saxlanılır. İstifadәçilәrin şәxsi vә digәr mәlumatlarına giriş vә mәlumatların istifadәsi ilә bağlı funksiyaları yerinә yetirәn bütün Rәhbәrlik әmәkdaşları İstifadәçilәr haqqında mәlumatların üçüncü şәxslәrә açıqlanmamasına dair müqavilә imzalayıb.

3.İstifadәçinin fәrdi mәlumatlarının emalı vә gizliliyi

3.1.İstifadәçilәrin Saytda hәyata keçirdiklәri fәaliyyәtin sәmәrәliliyinin tәmin edilmәsi mәqsәdilә Rәhbәrlik İstifadәçilәr tәrәfindәn açıqlanmış fәrdi mәlumatlarla müvafiq әmәliyyatlar hәyata keçirilәcәk (qeyd, sistemlәşdirmә, dәyişiklik, çıxarılma, anonimlәşdirmә, saxlanma, ötürülmә (sәrhәddәn kәnar ötürmәlәr daxil olmaqla), mәhv etmә);

3.2.Rәhbәrlik, İstifadәçi tәrәfindәn tәqdim edilәn fәrdi mәlumatların hәqiqiliyini yoxlamr vә onun hüquqi sәlahiyyәtlәrini qiymәtlәndirmәk imkanına malik deyil. Lakin Rәhbәrlik İstifadәçinin hәqiqәtә uyğun vә yetәrli fәrdi mәlumatlar tәqdim etdiyindәn vә onları aktual vәziyyәtdә saxladığından çıxış edir. Rәhbәrlik, İstifadәçinin Saytda qeyd etdiyi mәlumatın hәqiqәtә uyğun olmadığına vә Rәhbәrlik, Saytda İstifadәçinin göstәrdiyi mәlumatların qeyri-dәqiqliyi vә ya çatışmazlığı üçün mәsuliyyәt daşımır.

4.İstifadәçinin fәrdi mәlumatlarının toplanmasının mәqsәdlәri

4.1.Rәhbәrlik, Qanunla müәyyәn edilmiş müddәtdә fәrdi mәlumatların mәcburi saxlanmasını nәzәrdә tutan hallar istisna olmaqla, yalnız Saytın tam vә ya qismәn funksionallığını tәmin etmәk üçün lazım olan fәrdi mәlumatları toplayır vә saxlayır.

4.2.Sayt Rәhbәrliyi İstifadәçinin fәrdi mәlumatlarını aşağıdakı mәqsәdlәr üçün emal edir:

4.2.1.Saytın funksiyalarına çıxış tәmin etmәk çәrçivәsindә tәrәflәrin müәyyәnlәşdirilmәsi;

4.2.2.Tәmin edilәn xidmәt növlәrinin genişlәndirilmәsi;

4.2.3.İstifadәçinin Saytın fәrdi funksiyaları ilә tәmin edilmәsi, elәcә dә digәr razılaşma vә müqavilәlәrin icrası;

4.2.5.Saytın keyfiyyәtini, istifadә rahatlığını artırmaq;

4.2.6.Saytın, onun servis vә xidmәtlәrinin funksionallığını artırmaq üçün anonim mәlumatlara әsaslanan statistik vә digәr tәdqiqatların aparılması.

4.2.7.İstifadәçilәrin vә ya üçüncü şәxslәrin qanunsuz vә ya icazәsiz hәrәkәtlәrinin qarşısının alınması vә ya xәbәrdarlıq edilmәsi;

4.2.8.Mövcud qanunvericiliyә uyğunluğun tәmin edilmәsi.

5. İstifadәçilәrin fәrdi mәlumatlarının emal edilmәsi şәrtlәri

5.1.İstifadәçinin fәrdi mәlumatlarının emalı vaxt mәhdudiyyәti olmadan hәr hansı bir qanuni yolla, o cümlәdәn fәrdi mәlumatların informasiya sistemlәrindә avtomatlaşdırma vasitәlәrindәn istifadә etmәklә vә ya bu cür vasitәlәrdәn istifadә etmәdәn hәyata keçirilir.

5.2.İstifadәçinin istәnilәn sayda şәxslәrә özü haqqında mәlumat verdiyi hallar istisna olmaqla, onun fәrdi mәlumatlarının mәxfiliyi saxlanılır. Saytın müәyyәn funksiyalarını istifadә edәrkәn, İstifadәçi fәrdi mәlumatlarının müәyyәn hissәsinin ictimaiyyәtә açıq olacağına razılıq verir.

5.2.1.  Rәhbәrlik, aşağıdakı hallarda İstifadәçinin fәrdi mәlumatlarını üçüncü şәxslәrә (sәrhәddәn kәnar ötürmәlәr daxil olmaqla) ötürmәk hüququna malikdir:

5.2.2.  İstifadәçi belә hәrәkәtlәrә razılıq verib;

5.2.3.  İstifadәçinin Saytın müәyyәn funksiyalarından istifadә etmәsi  vә xüsusi bir müqavilә vә ya sözlәşmәnin icrası üçün mәlumat ötürülmәsi zәruridir;

5.2.4.  Ötürmә Azәrbaycan vә ya digәr ölkәlәrin qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada qanunvericiliyin tәlәblәrinә uyğun olaraq nәzәrdә tutulmuşdur;

5.2.5.  Belә ötürmә Saytın satışının vә ya digәr şәkildә ötürülmәsinin (tamamilә vә ya qismәn) bir hissәsi kimi baş verir vә bu Siyasәtin şәrtlәrini yerinә yetirmәk üçün alınan fәrdi mәlumatlarla bağlı bütün öhdәliklәr әldә edәnә ötürülür;

5.2.6.  İstifadәçinin fәrdi mәlumatlarının anonimlәşdirilmәsi yolu ilә emalı nәticәsindә tәdqiqatların aparılması, sayt Rәhbәrliyinin göstәrişi ilә işlәrin hәyata keçriilmәsi vә ya xidmәtlәrin göstәrilmәsi üçün üçüncü şәxsә  ötürülәn anonim statistik mәlumatlar әldә edilir.

5.3.İstifadәçilәrin fәrdi mәlumatlarının emal edilmәsi zamanı Rәhbәrlik aşağıdakıları rәhbәr tutur:

5.3.1.  "Fәrdi mәlumatlar haqqında" Azәrbaycan Respublikasının 11.05.2010-cu il tarixli, 998Q nömrәli Qanunu;

5.3.2.  Azәrbaycan Respublikasının digәr normativ hüquqi aktları.

5.4.Rәhbәrlik, İstifadәçinin fәrdi mәlumatlarını qeyri-qanuni vә ya tәsadüfәn әldә edilmәsi, mәhv edilmәsi, dәyişdirilmәsi, blok edilmәsi, surәtinin çıxarılması, yayılması vә üçüncü şәxslәrin qanunsuz hәrәkәtlәrindәn qorunması üçün lazımi tәşkilati vә texniki tәdbirlәri görür.

5.5.Rәhbәrlik, istifadәçi ilә bir yerdә fәrdi mәlumatların itirilmәsi vә ya açıqlanması nәticәsindә yaranan zәrәrlәri vә ya digәr mәnfi nәticәlәrin qarşısını almaq üçün bütün lazımi tәdbirlәri görür.

6.Cookie fayllarından istifadә edәrәk fәrdi mәlumatların işlәnmәsi

6.1.Administrasiya tәrәfindәn İstifadәçinin texniki vasitәlәrinә ötürülәn Cookie faylları istifadәçini fәrdi funksiyalar ilә tәmin etmәk, statistik vә tәdqiqat mәqsәdlәri üçün istifadәçiyә şәxsi reklamın göstәrilmәsi vә hәmçinin Saytın tәkmillәşdirilmәsi üçün istifadә oluna bilәr.

6.2.İstifadәçi, internet şәbәkәsindә saytlara baxmaq üçün istifadә etdiyi proqram tәminatı vә avadanlığın Cookie fayları ilә әmәliyyatlarnın qadağan edilmәsi (hәr hansı bir sayt üçün vә ya müәyyәn saytlar üçün) vә hәmçinin әvvәlcәdәn alınan Cookie fayllarının silinmәsi funksiyasına malik ola bilәcәklәrini dәrk edir.

6.3.İstifadәçi öz internet brauzerinin parametrlәrinin әvvәlcәdәn Cookie fayllarını avtomatik qәbul etmәyә uyğunlaşdırıldığını dәrk edir. Cookie fayllarını idarә etmәk üçün brauzerin parametrlәrinә daxil olunmalıdır. İstifadәçi hәr bir brauzerdә vә hәr bir cihazda Cookie faylların nizamlanmasının gәrәkli olduğunu dәrk edir.

6.4. Saytın müәyyәn funksiyalarının tәmin edilmәsi üçün Rәhbәrlik istifadәçinin Cookie fayllarını qәbul etmәsi vә ötürülmәsi şәrtini qoya bilәr.

6.5.Cookie faylının strukturu, mәzmunu vә texniki parametrlәri Rәhbәrlik tәrәfindәn müәyyәn edilir vә istifadәciyә xәbәrdarlıq edilmәdәn dәyişdirilә bilәr.

6.6.Saytda vә sayt tәtbiqindә yerlәşdirilәn sayğaclar istifadәçinin Cookie fayllarının tәhlili, Saytın istifadәsi haqqında statistik mәlumatların toplanması vә işlәnmәsi, habelә Saytın vә onun ayrıca funksiyalarının işlәkliyini tәmin etmәk üçün istifadә oluna bilәr. Sayğacların texniki göstәricilәri Rәhbәrlik tәrәfindәn müәyyәn edilir vә İstifadәçiyә әvvәlcәdәn xәbәrdarlıq edilmәdәn dәyişdirilә bilәr.

7.İstifadәçinin fәrdi mәlumatlarının qorunması üçün görülәn tәdbirlәr

Saytın Rәhbәrliyi fәrdi mәlumatların vә digәr informasiyanın qeyri-qanuni yolla vә ya tәsadüfәn әlә keçirilmәsi, mәhv edilmәsi, dәyişdirilmәsi, blok edilmәsi, surәtinin çıxarılması, yayılması vә s. şәkildә üçünçü şәxslәrin qanunsuz hәrәkәtlәrindәn qorumaq üçün vacib texniki vә tәşkilatı tәdbirlәr görür.

8.Mübahisәlәrin hәlli vә tәtbiq olunan qanunvericilik

8.1. İstifadәçi vә Rәhbәrlik arasındakı әlaqәlәrdәn önә çıxan mübahisәlәrdә iddia ilә mәhkәmәyә müraciәt etmәdәn әvvәl şikayәt әrizәsi (mübahisәnin könüllü şәkildә hәll edilmәsi üçün yazılı tәklif) vermәk mәcburidir.

8.2. İddianı alan әrizәnin alındığı tarixdәn etibarәn 30 tәqvim günü әrzindә yazılı şәkildә әrizәnin nәticәlәrini iddiaçıya bildirir.

8.3.Razılıq әldә olunmadıqda mübahisә Azәrbaycan Respublikasının mövcud qanunvericiliyinә uyğun olaraq mәhkәmә orqanına tәqdim olunacaq.

8.4.Bu siyasәtә vә gizlilik siyasәtinin tәtbiqi ilә әlaqәdar olaraq, İstifadәçi vә Rәhbәrlik arasındakı әlaqәlәrә Azәrbaycan Respublikasının Qanunları tәtbiq olunur.

9.Gizlilik Siyasәti Dәyişikliyi

9.1. Rәhbәrlik bu Gizlilik Siyasәtindә dәyişiklik etmәk hüququna malikdir.Cari nәşrdә dәyişiklik edәrkәn, son yenilәmәnin tarixi göstәrilmәlidir. Siyasәtin yeni versiyası, Siyasәtin yeni nüsxәsindә başqa hal nәzәrdә tutulmayıbsa, yerlәşdirmә anından etibarәn qüvvәyә minir. Cari nәşr hәmişә Saytda mövcuddur.

10.Әlaqә. Suallar vә tәkliflәr

İstifadәçi bu Siyasәtlә bağlı hәr hansı bir tәklif vә ya sualını sayt Rәhbәrliyinin Müştәri Xidmәtlәrinin [email protected] ünvanına göndәrә bilәr.

Son yenilәnmә tarixi: 21-Okt-2018




yuxarı