Лот: 12632596. Фото: 1. Çia toxumu. Смартфоны

Çia toxumu

Hazırki qiymәt
1.00 AZN
Blitz-qiymәt
5.00 AZN
Әlaqә mәlumatları yalnız hәrracın qalibi tәrәfindәn görülür
Hazırki qiymәt
1.00 AZN   
Hәrrac bitib
Bakı xәritәdә
Әlaqә mәlumatları yalnız hәrracın qalibi tәrәfindәn görülür

Lotun tәsviri

Çia toxumu saçları vә dırnaqları yaxşılaşdıran, dәrini cavanlaşdıran nadir vә faydalı bitki növüdür.
Bu sehrli toxumu hәlә qәdim dövrlәrdә maya vә ink tayfaları yüksәk qiymәtlәndirirdi. Vә bu gün elm sübut edib ki, onlar haqlı olub!

Çia toxumları bir növ müasir bitki kimi görünür, lakin onlar artıq min ildir mövcuddur. Bәslәyici dәyәri o qәdәr yüksәkdir ki, keçmişdә onlardan pul kimi istifadә edilib. Çia toxumları yağ turşularıyla, zülallarla, antioksidantlarla vә dietik liflәrlә zәngindir. Onlar mayeni udmaq kimi böyük qabiliyyәtә malikdir, bu da orqanizmin hidratlaşması üçün ideal vasitәdir.

Çia toxumları o qәdәr tәsirlidir ki, cәmi bir neçә saat әrzindә özünü yaxşı hiss etmәyә imkan verir. Yeri gәlmişkәn qeyd edәk ki, maya dilindә çia «qüvvә» mәnasını verir. Bu, hәqiqәtәn dә belәdir, çünki çia toxumu qida maddәlәrinin yüksәk mәzmunu sayәsindә bәdәnә çoxlu enerji verir. Bu bitki orqanizm üçün mühüm olan yağların әsas mәnbәyidir. Nә qәdәr qәribә olsa da, balaca çia toxumunda Omeqa 3 yağları qızıl balıqdan 8 dәfә çoxdur. Vә bu, hәlә hamısı deyil, çia çoxlu zülallar vә antioksidantlar ehtiva edir. Bu bәslәyici maddәlәr sağlamlığınız üçün çox әlverişlidir. Mәsәlәn, bir qram çia toxumunda tәzә qaragilәdәn 4 dәfә çox antioksidant var. Son tәdqiqatlar göstәrib ki, çia toxumundan mütәmadi istifadә saç vә dırnaqların vәziyyәtini yaxşılaşdırır. Çia dәri üçün әla vasitәdir, çünki onun dәri hüceyrәlәrini bәrpa etmәk vә yenilәşdirmәk xüsusiyyәti var.

Çia toxumu asan hәzm olunan bitki zülallarının da әla mәnbәyidir. Odur ki, toxumlar bütün hәzm yoluna müsbәt tәsir göstәrmәklә artıq piy yandırılması prosesini stimullaşdırrır vә orqanizmi möhkәmlәndirir.

Әgәr siz zәiflik vә әzginlik hiss edirsinizsә, çia toxumu problemin әn effektli hәllidir. Onlar әzәlә funksiyasını yaxşılaşdırır vә bәdәnә enerji verirlәr. Ona görә dә çia toxumunu adәtәn idmançılar işlәdir.

Çia toxumunu bağırsağın funksiyasını tәkmillәşdirәn 37% qida liflәri tәşkil edir. Xüsusilә yoğun bağırsaq xәrçәngi ilә mübarizә aparan insanlara qida rasionuna çia daxil etmәk tövsiyә edir. Çia toxumları iştahanı boğur, maddәlәr mübadilәsini artırır, qlikogeni aktivlәşdirir vә belәliklә dә arıqlamaq prosesini sürәtlәndirir.

Çia toxumlarını müxtәlif üsullarla istifadә edә bilәrsiniz. Mәsәlәn, yemәklәrә vә ya salatlara әlavә etmәk olar.

Çianı nә cür istifadә etmәyinizdәn asılı olmayaraq, onlar istәnilәn yemәk vә ya desertin bәslәyici dәyәrini artıracaq.


Tәhvil şәrtlәri

METROLARA CATDIRILIR

Suallar

Sual yoxdur.
Sual vermәk üçün sayta daxil olmaq lazımdır
Giriş üçün klik edin

Bölmәnin әn yaxşıları




yuxarı