Harrac.az layihәsi haqqında

Sayt istifadәçilәr arasında ödәnişlәr APARMIR vә sövdәlәşmәyә görә komissiya ALMIR.

Ödәniş birbaşa satıcı-alıcı arasında, sizin üçün әn rahat üsul ilә hәyata keçirilir.

Hәrracda qalib gәldikdәn vә ya blitz-qiymәt ilә alışdan sonra sövdәlәşmә iştirakçıları bir-birinin әlaqә mәlumatlarını ehtiva edәn mәlumat bildirişi alır.

Mәhsulu hәrraca çıxarmaq - PULSUZDUR!

Elan yerlәşdirmәk - PULSUZDUR!

1. Harrac.az-da satmaq

- Lotun fotoşәkillәrini vә/vә ya lot haqqında videoyazı hazırlayın. Mәhsul üçün tәsvir düşünün.
- Ekranın yuxarı hissәsindә «Әşya sat» --> «Yeni lot» keçidini tapın vә әsas sahәlәrini doldurun.
- İstifadәçilәrin suallarına cavab verin, qiymәt tәkliflәrini qәbul edin – hәrracın başa çatması anına әn yüksәk qiymәt tәklifi verәn şәxs alıcınız olur.

Hәrracın qalibinә - sizin alıcınıza sistem avtomatik olaraq әlaqә mәlumatlarınızı göndәrәcәk. Biz alıcılara üç gün әrzindә әlaqә qurmağı tövsiyә edirik. Lakin unutmayın! Alıcı lotda göstәrdiyiniz “Mәhsulun tәslim edilmәsi şәrtlәri”ni әsas tutacaq.


2. Harrac.az-da almaq

- Mәhsulun tәsvirini oxuyun (sadәcә şәkildәn yaranan tәәssüratlara güvәnmәyin). Şübhәlәriniz yaranır? Lotun sәhifәsindә vә ya şәxsi mesaj vasitәsilә satıcıya sual verin.
- Mәhsulun tәslim şәrtlәrini qiymәtlәndirin.

- Әgәr blitz-qiymәt qeyd edilmәmişdirsә, bu mәhsulun hәrrac müddәtindәki әn son qiymәt tәklifi ilә satılacağı anlamına gәlir.

2.1 Qiymәt tәklifi necә lәğv edilmәli

Alıcı qiymәt tәklifini lәğv edә bilәr.

2.2 Mәhsulu necә tәhvil almalı

Әgәr Siz hәrracın qalibi oldunuzsa (sizin qiymәt tәklifiniz hәrracın başa çatması anına әn yüksәk oldusa) vә ya lotu Blitz-qiymәt üzrә aldınızsa, sizin mesaj qutunuza satıcının әlaqә mәlumatları gәlәcәk. Zәng edin vә sövdәlәşmәnin yeri vә vaxtı haqqında razılaşın.

Bizdә hәrraclar başa çatdıqdan sonra üç gün әrzindә alıcının birbaşa satıcı ilә әlaqә saxlaması qәbul edilib.

Unutmayın! Qiymәt tәklifi verdikdә, siz lotun tәsvirindә qeyd edilәn satış şәrtlәri ilә razılaşırsınız. Hәrracın qalibi, mәhsulu lotun sәhifәsindә göstәrilәn şәrtlәrә uyğun almalıdır. Lotu almaq mәqsәdi olmadan qiymәt tәklifi vermәk qadağandır

Uğurlu hәrraclar!




yuxarı